Almatıda yüksək səviyyəli terror təhlükəsi ləğv edilir

Almatıda vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək “narıncı” səviyyəsi ləğv edilir.

Trend xəbər verir ki, bunu terrorla mübarizə üzrə operativ qərargahdan bildiriblər.

“Fevralın 7-si saat 00:00-dan etibarən yüksək “narıncı” səviyyəli terror təhlükəsi ləğv edilir.


Gücləndirilmiş xidmət aparan xüsusi xismət və hüquq-mühafizə orqanlarının fəaliyyəti əvvəlki qaydada davam edəcək”, – məlumatda qeyd olunur.