Qazaxıstanın Almatı hava limanında AN-26 təyyarəsinin qəzasından sonra uçuşlar bərpa edilib.
AzerTimes-ın Kazinform-a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin hava limanının mətbuat xidməti məlumat yayıb.
“Hava limanında baş verən fövqəladə hadisə səbəbindən uçuşlarda cüzi gecikmələr oldu. Hazırda bütün uçuş və təyyarə qəbulları bərpa edilib”, – hava limanından bildirilib.
Xatırladaq ki, daha əvvəl təyyarənin Almatı aeroportuna eniş edərkən qəzaya uğradığı bildirilib. Təyyarənin göyərtəsindəki 6 nəfərdən dördü həlak olub, yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.