Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda iştiraka, talançılıq və digər cinayətlərə görə 2 minə yaxın insan saxlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Almatı komendaturasının məlumat mərkəzindən bildiriblər.
“Ümumilikdə 1925 nəfər qanunsuz aksiyalarda iştiraka, talançılığa və digər cinayətlərə görə saxlanılıb. 38 odlu silah və 1486 döyüş sursatı götürülüb”, – deyə məlumatda deyilir.