Almatıda qanunsuz aksiyaların 2 mindən çox iştirakçısı saxlanılıb

Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda iştiraka, talançılıq və digər cinayətlərə görə 2 mindən çox insan saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Almatı komendaturasının məlumat mərkəzindən bildiriblər.

“Ümumilikdə 2 159 nəfər qanunsuz aksiyalarda iştiraka, talançılığa və digər cinayətlərə görə saxlanılıb. 67 ədəd odlu silah və 3 112 döyüş sursatı götürülüb”, – deyə məlumatda bildirilir.

Teqlər: