Almatıda iri pərakəndə satış şəbəkələrinin fəaliyyəti bərpa edilib.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bir sıra supermarketlərinin 28 filialı açılıb.
“Pərakəndə satış məntəqələrində, təchizatçı və distribüterlərin anbarlarında ərzaq ehtiyatları kifayət qədərdir. Təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülüb. Pərakəndə satış şəbəkələrində iş saatları növbəti iki gün üçün 9:00-dan 18:00-a qədər müəyyən edilib”, – Almatı Sahibkarlıq və İnvestisiya Departamentinin mətbuat xidmətində məlumat verilib.
Qeyd olunub ki, yanvarın 9-da Magnum pərakəndə satış şəbəkəsi 40 mağaza açacaq. İş qrafiki 9:00-dan 18:00-a qədər olacaq.
Bundan əlavə, yanvarın 10-da şəhərin bütün istehsal müəssisələrinin, ilk növbədə qida sənayesi müəssisələrinin fəaliyyətinin mərhələli şəkildə bərpası nəzərdə tutulur.