Qazaxıstanın Almatı şəhərində 3 avtobus və 1 minik avtomobili toqquşub.
AzerTimes xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Məlumata görə, səhər saatlarında Rayımbek prospekti ilə hərəkət edən 52 nömrəli marşrut avtobusu qarşıdan gələn 133 nömrəli marşrut avtobusu, “Daevo Neksia” avtomobili, daha sonra isə 88 saylı marşrut avtobusu ilə toqquşub.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.