Almatı hava limanında keçirilən antiterror əməliyyatı zamanı iki hərbçi həlak olub.
Trend xəbər verir ki, bundan əvvəl şəhər komendantlığı hüquq-mühafizə orqanlarının Almatıda xüsusi antiterror əməliyyatına başladığı barədə məlumat vermişdi.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında bildirmişdir ki, Almatıda terrorçu dəstələr hava limanı və xarici təyyarələr də daxil olmaqla beş təyyarə ələ keçiriblər.