Almatı Beynəlxalq Hava Limanı qeyri-müəyyən müddətə bağlanıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı hava limanının mətbuat xidməti yayıb.
“Almatı hava limanı müvəqqəti bağlanıb. Açılma haqqında məlumat daha sonra veriləcək”, deyə qurum bildirib.
Bundan əvvəl hava limanının fəaliyyətinin yanvarın 10-dək dayandırıldığı bildirilirdi.