Almatı beynəlxalq aeroportu normal iş rejimində çalışmağa baışayıb.
Trend yerli KİV-lərər istinadən xəbər verir ki, bunu hava limanının mətbuat xidmətindən bildiriblər.
“Almatıda fövqəladə vəziyyətin və komendant saatının başa çatması ilə əlaqədar 19 yanvar 2022-ci il saat 00:00-dan etibarən Almatı Beynəlxalq Hava Limanı adi rejimdə fəaliyyətə başlayır”, – deyə hava limanının mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Almatı hava limanı yanvarın 13-də fəaliyyətini bərpa edib. Şəhərdə komendant saatı ilə əlaqədar olaraq hava limanı səhər saat 08:00-dan 21:00-a kimi fəaliyyət göstərib.