Qazaxıstanın Almatı şəhəri hava limanının işinin dayandırılması müddəti yanvarın 7-i saat 21:00-dək uzadılıb.
Trend bu barədə Qazaxıstan KİV-lərinə istinadən məlumat verir.
Hava limanının bu gün günorta saatlarında fəaliyyətini bərpa edəcəyi gözlənilirdi.
Qeyd edək ki, ötən gün ölkə prezidenti Kasım-Jomart Tokayev terrorçu qruplaşmaların hava limanını və beş təyyarəni ələ keçirdiyini bildirmişdi.
Qazaxıstanda baş vermiş iğtişaşlarla bağlı Almatı ilə yanaşı, Aktau və Aktobe hava limanları da işini dayandırmışdı.