Almanlar Mariupolun bərpasında Rusiyaya kömək edir

Almanlar Mariupolun bərpasında Rusiyaya kömək edir

Almaniya şirkətləri dolayısı ilə Rusiyaya işğal altında olan Mariupolun bərpasına kömək edir.

AzerTimes xəbər verir ki, bu barədə “Tagesschau” informasiya proqramının araşdırmasında qeyd olunub.

Məlumata görə, şəhərin bərpasına inşaat materiallarının istehsalı ilə məşğul olan “Knauf” şirkətinin törəmə firmaları qoşulub.

Bildirilib ki, “Knauf” Rusiya Müdafiə Nazirliyinin Mariupoldakı layihə üçün sifariş etdiyi tikinti materiallarının tədarükündə iştirak edir.

Bundan başqa, şəhərin bərpasında beton konstruksiya avadanlıqlarının istehsalı ilə məşğul olan “VKB Systems” şirkəti də iştirak edir. Bu şirkətin rusiyalı biznesmen Viktor Budarinlə iş əlaqələri mövcuddur.

Araşdırmada qeyd olunub ki, bütün bunlara baxmayaraq, heç bir şirkət sanksiyaya məruz qalmayıb.

Teqlər: