Almanlar Ermənistanda Marsı “məşq edir” – Qəribə səbəb

Almanlar Ermənistanda Marsı “məşq edir” – Qəribə səbəb

Almaniyadan olan tədqiqatçılar Ermənistanda Marsa uçuşlar üçün skafandr və robotları sınaqdan keçirməyə başlayıblar. Avadanlığın orada sınaqdan keçirilməsinin səbəbi isə Ermənistanın topoqrafiyasının Marsın səhra mənzərəsinə çox bənzəməsi göstərilir.

AzerTimes “Bild”ə istinadən xəbər verir ki, Almaniyanın Vürzburq Universitetinin alimləri Ermənistanın Armaş kəndində kosmik robotları və yeni skafandrları sınaqdan keçirirlər.

“Bild” yazır ki, astronavtlar üçün kostyumlar mənfi 133-dən müsbət 27 dərəcəyə qədər olan temperatur üçün nəzərdə tutulub. Sınaq çərçivəsində iki robot bölgənin 3D xəritəsini yaratmalı olacaq.

Ermənistanda sınaqlar aprelin əvvəlinə qədər davam edəcək.

Qeyd edək ki, Marsın “səhra mənzərəsi”nin Ermənistana “çox bənzəməsi” mübahisələndirilə bilər. Ona görə də almanların niyə məhz Ermənistanı seçməsinin və buradakı tədqiqatların əsl səbəbi şübhəlidir.

Teqlər: