Almaniyada 2024-cü ilin əvvəli istehlak mühitinin azalması ilə yadda qalıb.
AzerTimes “Döç Velle”yə istinadən xəbər verir ki, 2023-cü ilin sonunda Milad və Yeni il bayramları ilə əlaqədar Almaniyada istehlak mühitində müəyyən müsbət tendensiyalar qeydə alınıb.
Lakin iqtisadçıların qiymətləndirməsinə görə, 2023-cü ilin mart ayı göstəricisindən də aşağı olan azalma başlayıb.
Belə ki, yanvarın 26-na Almaniyanın istehlakçı əhval-ruhiyyəsinin qiymətləndirmə indeksi 4,3 bənd azalaraq – 29,7-yə enib.
Qeyd edək ki, koronavirus pandemiyasına qədər +10 idi. Mütəxəssislər qeyd edirlər ki, sıravi almanlar böhranlar, müharibələr və inflyasiya fonunda öz gəlirlərini yığmağa və “çətin günə” qənaət etməyə daha çox meyllidirlər.