Almaniya İkinci Dünya müharibəsi zamanında polyakları alçaldıb və bunun əvəzini ödəməlidirlər.
AzerTimes xəbər verir ki, bu sözləri Polşanın hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski deyib.
“Nasistlər ağlasığmaz cinayətlər törədib, sağ qalan polyakları da alçaldıb. Polşa sakinlərini fermalarda işləməyə məcbur edib, onlarla heyvandan da betər rəftar ediblər.
Bununla belə, Almaniya uduzduqdan sonra ona son dərəcə alçaldıcı rəftar edildi, qalib gəlsəydi, Almaniya çox kasıb və daha az məskunlaşan bir ölkə olardı. Onların bizə borcu var – ödəməlidirlər”, – siyasətçi vurğulayıb.