Yeni koalisiya hökumətinin rəhbərliyi altında Almaniya bütün yetkin vətəndaşlara marixuananın satışını qanuniləşdirə bilər. Əvvəl ölkədə yalnız ağır xəstələr üçün dərman satışına icazə verilirdi.
Trend xəbər verir ki, Almaniyanın yeni hökumətini formalaşdıran Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyasının koalisiyası ölkədə marixuananın leqallaşdırılması ilə bağlı razılığa gəlib. Bu barədə birgə bəyanatda deyilir.
“Lisenziyalı mağazalarda istehlak üçün böyüklər üçün nəzarətli marixuana satışını tətbiq edirik. Bu, onun keyfiyyətinə nəzarət etməyə imkan verir, tərkibində təhlükəli maddələrin yaranmasının qarşısını alır və yetkinlik yaşına çatmayanların qorunmasına zəmanət verir”, – deyə sənəddə bildirilir.
Partiyalar həmçinin razılaşıblar ki, dörd ildən sonra koalisiya hökuməti bu qanunun qəbulunun sosial təsirini qiymətləndirəcək.