Almaniyanın Ukraynadakı səfirliyi işini bərpa edir

Almaniyanın Ukraynadakı səfirliyi bu gündən Kiyevdə işini bərpa
edir.

Trend-in
məlumatına görə, bunu Kiyevdə səfərdə olan Almaniya xarici işlər
naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, səfirlik hələlik minimum sayda diplomatla
işə başlayacaq və məhdud rejimdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Almaniyanın Kiyevdəki səfirliyi fevral ayında
işini dayandırmışdı.