Almaniya hakimiyyətinin Rusiya ilə müharibəyə hazırlıqla bağlı bəyanatları həm Brüsseli, həm də Vaşinqtonu sevindirmək zərurəti ilə bağlıdır.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Almaniya İkinci Dünya müharibəsindən sonra suverenlik və müstəqil olmaması baxımından həmişə böyük problemlər yaşayıb. Və bu kəsir çərçivəsində, əlbəttə ki, alman hakimiyyətləri Brüsseli, “Vaşinqton partkomu”nu və NATO-da Stoltenberqi razı salmalıdırlar. Buna görə də Almaniya hakimiyyəti müxtəlif səviyyələrdə bəyanatlar vermək üçün yarışır”, – Peskov bildirib.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin 2029-cu ilə kimi müharibəyə hazırlaşmalı olduğunu demişdi.