Almaniyanın müdafiə nazirinin İraqa səfəri ləğv edildi

Almaniyanın müdafiə nazirinin İraqa səfəri ləğv edildi

Almaniyanın müdafiə naziri Boris Pistorius bazar günü İraqa planlaşdırılan səfərini təhlükəsizliklə əlaqədar olaraq ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Belə ki, iyulun 20-də etirazçılar İsveçin Bağdaddakı səfirliyinə soxularaq onu yandırdıqdan sonra Almaniya Federal Kriminal Polis İdarəsi Pistoriusun İraqa səfərinə qarşı çıxıb.

İdarə qeyd edib ki, bundan sonra da etirazların və vəziyyətin gərginləşməsini istisna etmək olmaz. Bundan əlavə, Almaniyanın Bağdaddakı nümayəndəliyinin əməkdaşlarının müdafiəsi ilə bağlı da qərar qəbul edilib.

Teqlər: