Almaniyanın Maqdeburq şəhərində Heydər Əliyevin 99 illiyi münasibətilə boks turniri keçiriləcək

Mayın 14-də Heydər Əliyev adına Dünya Boks Komitəsinin
təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərində ümummilli lider
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə boks
turniri keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata
görə, musiqili proqramın da yer aldığı turnirdə 3-18 yaşlı uşaqlar
üçün əyləncəli idman oyunlarının keçirilməsi və qaliblərə
hədiyyələrin təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi
Almaniyanın Maqdeburq şəhərində yaşayan soydaşımız Yaşar Niftəliyev
Millinits tərəfindən yaradılıb. Komitənin əsas məqsədi dünyada
yaşayan azərbaycanlı idmançıları birləşdirmək, ulu öndər Heydər
Əliyevin gənclərə və idmana dair tövsiyələrinə əməl etmək, başqa
millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız
arasında əlaqə yaratmaq, idman yarışlarında Azərbaycan
Respublikasının üçrəngli bayrağının qaldırılmasına, dövlət himninin
səsləndirilməsinə nail olmaq, Heydər Əliyevin adını daşıyan dünya
kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.

Teqlər: