Berlinin Avropanın miqrasiya qanunlarını pozduğuna görə Varşavaya qarşı ittihamları Kremlə sevinməyə əsas verir.
AzerTimes xəbər verir ki, bu barədə Polşanın “Fronda” portalı məlumat yayıb.
“Bundestaqın deputatı Katrin Georinq-Ekardt Polşanı Avropa qanunlarını pozmaqda və Avropa dəyərlərinə zidd fəaliyyətlərdə ittiham edir”, – nəşr yazır.
Bildirilib ki, alman siyasətçinin irəli sürdüyü iddialar Polşa-Belarus sərhədində divarın tikintisi ilə bağlıdır.
Məqalə müəllifləri hesab edirlər ki, alman deputat qanunsuz miqrasiya axınının qarşısını alan Polşa hakimiyyətinə hücum edir və qaçqınlara diplomatik nümayəndəliklərlə əlaqə saxlamağı və baryerləri aşmamağı təklif edir.
Qeyd edək ki, alman deputat yerli nəşrə açıqlamasında bunları söyləmişdi:
“İnsanlar hər bir halda yoxlanılmadan və tibbi yardım olmadan geri göndərilir. Qanun hamı üçün eyni olmalıdır və miqrantların sərhədi keçməklə bağlı hüququ var”