Almaniyanın iki bölgəsində seçkilər keçiriləcək

Bu gün Almaniyanın iki federal bölgəsində – Baden-Vürtemberq və Reynland-Pfalzda parlament seçkiləri keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, seçkilərin nəticələrinə əsasən regional parlamentlərin – landtaqların tərkibi müəyyənləşdiriləcək, həmçinin hər iki bölgənin nazirlər kabinetləri formalaşdırılacaq.

Baden-Vürtemberqin əhalisi 11,1 milyon nəfərdir, əsas şəhərləri Ştutqart, Karlsrue, Frayburqdur. Reynland-Pfalzda isə təxminən 4 milyon adam yaşayır.

Seçki məntəqələri 08:00-da açılacaq (11:00 GMT+4), 18:00-da (21:00 GMT+4) bağlandıqdan dərhal sonra isə ilkin nəticələr yayımlanacaq.

Teqlər: