Qışın gəlişi ilə əlaqədar yaxın həftələrdə ukraynalı qaçqınların yeni dalğası gözlənilir.
AzerTimes xəbər ki, bunu Almaniyanın Böyük Britaniyadakı səfiri Migel Berger “Skay Nyus”a deyib.
“Putin dinc əhaliyə qarşı terror törətməkdə davam edir və biz bundan çox narahatıq, çünki enerji infrastrukturuna edilən bu hücumlar aşağı temperatur şəraitində bir çox insanın Ukraynanı tərk etmək məcburiyyətində qalması deməkdir. Ona görə də qarşıdan gələn həftələrdə qaçqınların yeni dalğasını gözləyirik. Biz Rusiyanın mövqeyində əsaslı dəyişikliklər görmürük. Xeyr, biz yaxın gələcəkdə diplomatik həllə hazırlığı görmürük”,- o bildirib.