Bundesver hərbi vəziyyət şəraitində Almaniyanı müdafiə edə bilmir, çünki onun maddi bazası zəifdir və şəxsi heyət kifayət deyil.
AzerTimes xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Hücum xarakterli, vəhşicəsinə aparılan müharibədə bizi qoruya bilən Silahlı Qüvvələrimiz yoxdur. Almaniya ordunun modernləşdirilməsinə daha çox sərmayə qoymalıdır, çünki ölkənin digər NATO üzvləri qarşısında da öhdəlikləri var. Biz son 30 ildə yaranmış boşluqları doldurmalıyıq”, – nazir bildirib.