Almaniyada sağçı qruplar enerji böhranını bəhanə edərək qarışıqlıq yaratmağı planlaşdırırlar.
AzerTimes xəbər verir ki, bunu Almaniyanın Konstitusiyanın qorunması üzrə federal xidmətinin (BfV) rəsmisi Berhard Vittaut deyib.
“Bu insanlar cəmiyyəti və bütövlükdə siyasi sistemin sabitliyini pozmaqda maraqlıdırlar. Onların məqsədi qəsdən nifrət və qorxu oyatmaq, bu hissləri də öz məqsədləri üçün istifadə etməkdir. Dezinformasiya ilə mübarizə bu dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran ən mühüm problemlərdən biridir. Biz ifrat dərəcədə radikallaşma trayektoriyasının tədricən rəqəmsal dünyaya keçməsindən xüsusilə narahatıq”, – BfV rəsmisi bildirib.