Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfərdən çəkinməklə bağlı xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, XİN Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.
“Rusiya Federasiyasına səfərlər tövsiyə edilmir”, – məlumatda deyilib.
Həmçinin Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara səfərlərə qarşı xəbərdarlıq edilib:
“Rusiya hökuməti 2023-cü il fevralın 20-dən fevralın 26-dək bir sıra tədbirlər, o cümlədən 23 və 24 fevral tarixlərində bayram günləri keçirməyi planlaşdırır. Xüsusilə sayıq və diqqətli olun, böyük izdihamdan qaçın”.