Almaniya NATO trast fondu vasitəsilə Ukraynaya daha 11,5 milyon avro yardım ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok məlumat verib.
“Ukrayna sülh, azadlıq və təhlükəsizliyi seçdi. Biz bu yolda onlara dəstək olmaq üçün hər şeyi etməliyik”, – nazir söyləyib.
Onun sözlərinə görə, Ukrayna-NATO Şurası Ukraynanı NATO-ya yaxınlaşdıracaq hərəkətverici qüvvəyə çevriləcək.