Almaniyadan Ukrayna müharibəsi ilə bağlı şok təklif

Almaniyadan Ukrayna müharibəsi ilə bağlı şok təklif

Qərb Rusiyanı Ukraynaya silah tədarükünün 48 saatlıq dayandırılması müqabilində 48 saatlıq atəşkəsə razılaşmağa dəvət etməlidir.

AzerTimes xəbər verir ki, bunu tanınmış alman siyasətçisi Qreqor Qisi bildirib.

“Qərb, əlbəttə ki, Ukrayna hökuməti ilə məsləhətləşmədən sonra deyə bilər ki, Rusiya 48 saatlıq atəşkəsə razılaşarsa, biz də 48 saat ərzində Ukraynaya silah tədarük etməyəcəyik”, – o deyib.

Onun sözlərinə görə, əgər Rusiya bu təklifdən imtina edərsə, o zaman Ukraynaya silah tədarükü davam etməlidir, lakin Rusiya razılaşarsa, tərəflər atəşkəs əldə edəcək və bu, sülh danışıqlarına yol açacaq.

Teqlər: