Almaniyadan “Tayfun”la bağlı müsbət siqnal aldıq – Fidan

Almaniyadan “Tayfun”la bağlı müsbət siqnal aldıq – Fidan

“Eurofighter” qırıcılarının alınması ilə bağlı Türkiyə London və Berlindən müsbət siqnallar alıb.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Qlobal” telekanalına müsahibəsində deyib.

“Dəyərləndirməmiz zamanı məlum oldu ki, “Eurofighter” (Tayfun) istifadə edəcəyimiz təyyarədir. Bizim bir xahişimiz var və üç ölkə buna müsbət yanaşır. Almaniya da müsbət siqnallar verir”, – deyə Fidan bildirib.

Qeyd edək ki, “Tayfun”un satışı üçün istehsalçı ölkələrin hamısı razılıq verməlidir. Bundan öncə bildirilirdi ki, İngiltərə, İtaliya və İspaniyanın razılıq verib, Almaniya isə iki şərt (Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana qarşı sərt açıqlamalarını dayandırmasını və Egey dənizindəki adalarla bağlı iddiadan əl çəkməyi) irəli sürüb.

Teqlər: