Almaniya Polşaya “Patriot” sistemlərini verməkdən imtina etdi, onların Polşada yerləşdirilməsi ilə bağlı danışıqlar gedir.
AzerTimes xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşak deyib.
“Almaniya müdafiə naziri ilə söhbətdən sonra Ukraynanı dəstəkləməkdən imtina qərarını eşidəndə məyus oldum. Qərbi Ukraynada “Patriot”un yerləşdirilməsi polyakların və ukraynalıların təhlükəsizliyini artırar. Beləliklə, Polşada buraxılış qurğularının yerləşdirilməsi və onları bizim idarəetmə sistemimizə qoşulması ilə bağlı işçi razılamalara başlayırıq”, – o bildirib.