Almaniyadan şok: Bizə Kılıçdaroğlu lazım idi

Almaniyadan şok: Bizə Kılıçdaroğlu lazım idi

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Türkiyədəki seçkilərin nəticələrini dəyərləndirib.

AzerTimes Teleqraf.com-a istinadən xəbər verir ki, siyasətçi seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanın yox, CHP sədri Kamal Kılıçdaroğlunun qələbəsini gözlədiklərini etiraf edib.

Seçkilərin nəticələrini “məyusedici” adlandıran Rot qeyd edib: “Seçim azad oldu, amma ədalətli olmadı”.

Siyasətçi Prezident Ərdoğanın ikinci turda yenidən seçiləcəyi təqdirdə əlaqələrin gələcəyi ilə bağlı proqnozlarını bölüşüb: “Ərdoğan yenidən seçilərsə, bu, Türkiyə-Almaniya münasibətlərini çətinləşdirəcək”.

Rot bunun təkcə Almaniya ilə yox, Türkiyə-Avropa Birliyi əlaqələrinə təsir edəcəyini iddia edib:

“Hazırda üzünü Avropaya və dəyərlərimizə çevirəcək birinə ehtiyacımız var və o şəxs qətiyyən Ərdoğan deyil”.

Teqlər: