Almaniya İsrail Baş naziri Benyamin Netanyahunun Rəfah şəhərinə hücumla bağlı fikirlərinə sərt reaksiya verib.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok sosial şəbəkə hesabında yazıb.
“Rəfahda fövqəladə vəziyyət artıq inanılmaz ölçülərə çatıb. 1,3 milyon insan münaqişələrdən qaçaraq çox dar bir ərazidə sığınacaq axtarır. İsrail ordusunun Rəfaha hücumu humanitar fəlakətin başlanğıcı olacaq. Qəzzada artıq insanların qaçmağa yeri yoxdur”, – nazir bildirib.
Qeyd edək ki, İsrail mediası B.Netanyahunun ordunun Rəfaha daxil olması üçün hazırlıq əmri verdiyini yazıb.