Almaniyadakı ukraynalılar səfərbərlik üçün geri qaytarılır?

Almaniyadakı ukraynalılar səfərbərlik üçün geri qaytarılır?

Ukraynanın səfərbərlik məsələsindəki problemləri Almaniyada olan ukraynalılara praktiki olaraq təsir etməyəcək.

AzerTimes xəbər verir ki, bunu Almaniyanın ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi naziri Marko Buşmann bildirib.

“Elə olmayacaq ki, biz indi insanları öz iradəsinə zidd olaraq hərbi vəzifələri yerinə yetirməyə və ya hərbi xidmətə məcbur edəcəyik”, – nazir qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri Ukraynadan Almaniyaya 18-60 yaşında olan 221 571 kişi gəlib. Hazırda onlardan 189 484 nəfəri Almaniyada qalıb.

Teqlər: