Almaniyada hazırda bir milyondan çox ukraynalı qaçqın qeydiyyata alınıb.
AzerTimes xəbər verir ki, bunu Almaniya Daxili İşlər Nazirliyinin rəsmisi Maksimilian Kall deyib.
Almaniyada Əcnəbilərin Mərkəzi Reyestrində qeydiyyatda olan ukraynalı qaçqınların ümumi sayını sizə deyə bilərəm. Yanvarın 2-nə olan məlumata görə, bu rəqəm 1 milyon 45 min 854 nəfərdir”, – Kall bildirib.
Onun sözlərinə görə, qeydiyyata alınan ukraynalı qaçqınların üçdə biri uşaq və yeniyetmələrdir.