Almaniyada “YouTube” onlayn-videohontinqinin işində qüsurlar qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.
Məlumata əsasən, istifadəçilərin əksəriyyəti (96 faiz) videolara baxmaqda çətinliklərlə üzləşib, 2 faizi isə saytın işləməməsindən şikayət edib.