Almaniyanın şərqində yerləşən Lubmin şəhərində mayeləşdirilmiş təbii qazı qəbul etmək üçün ikinci LNG terminalı açılıb.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb.
Məlumata görə, terminal mayeləşdirilmiş qazı qəbul edən və daxili bazara çatdıran xüsusi gəmidə yerləşir.
Lubmin terminalının operatoru “Deutsche Regas”şirkəti olacaq.
Terminalın əsas məqsədi Almaniyanın şərqini hər il 5,2 milyard kubmetrə qədər təbii qazla təmin etməkdir.