“Tesla” şirkəti Berlin yaxınlığında elektrik avtomobillərin
istehsalı üzrə zavod açmaq üçün Almaniya hakimiyyətindən rəsmi
icazə alıb.
Trend xəbər verir ki, zavodun gücü şirkətə ildə 500 min
elektromobil istehsal etməyə imkan verəcək. İlk mərhələdə burada
Model Y kompakt krossoverləri istehsal olunacaq. Keçən il “Tesla”
bu modeldən 1 milyona yaxın avtomobil istehsal edib.
Bu, şirkətin Kaliforniya ştatı Fremont şəhərində və Şanxaydakı
zavodlarından sonra üçüncü istehsal müəssisəsidir.
Şirkətin rəhbəri İlon Mask qeyd edib ki, Almaniyadakı müəssisə “Tesla”-ya Avropa bazarında öz payını təmin etməyə imkan
verəcək.