Almaniyada tələbələr naməlum kimyəvi maddədən zəhərlənib

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyanın qərbindəki Darmştadt şəhərinin universitetindən yeddi nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

AzerTimes-ın məlumatına görə, zəhərlənənlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, universitetin korpuslarının birində su butulkalarında və süd paketlərində naməlum kimyəvi maddə aşkar edilib.


Hazırda insidentlə bağlı araşdırma aparılır. Universitet rəhbərliyi hadisənin cinayət xarakteri daşıya biləcəyini istisna etmir.