Almaniyanın Leypsiq şəhəri yaxınlığında “şeytan çarxı”nda baş yanğın baş verib, nəticədə 65 nəfər xəsarət alıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisə istinadən məlumat yayıb.
Hadisə avqustun 17-də axşam Almaniyanın Saksoniya əyalətində hər il keçirilən “Highfield” musiqi festivalı zamanı baş verib.
Yanğın əvvəlcə kabinələrdən birində başlayıb, daha sonra alov qalan hissələrə keçib. Yanğının səbəbi hələ müəyyən edilməyib. Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını araşdırır.