Almaniyada radiostansiyaya silahlı hücum: ölən var

Almaniyada radiostansiyaya silahlı hücum: ölən var

Almaniyanın Drezden şəhərində 40 yaşlı şəxs 70 yaşlı anasını öldürüb.

AzerTimes xəbər verir ki, cinayətkar törətdiyi qətl barəsində məlumat vermək üçün yerli radiostansiyaların birinə gedib.

İçəri daxil ola bilməyən cinayətkar radionun qapısına odlu silahdan atəş açaraq uzaqlaşıb.

Şəhərdəki ticarət mərkəzlərin birinə gələn həmin şəxs burada fəaliyyət göstərən aptekə daxil olub.

O burada bir qadın və uşağı girov götürüb.

Polis ticarət mərkəzində insanları təxliyə etdikdən sonra əməliyyat keçirib.

Əməliyyat çərçivəsində cinayətkar saxlanılıb, girovlar isə azad edilib.

Teqlər: