Almaniyada qatarların toqquşub, ölən var

Almaniyanın Münhen ərazisində iki elektrik qatarı toqquşub, bir
nəfər ölüb, 30-a yaxın insan xəsarət alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Bayerischer Rundfunk” xəbər
verib.

Yerli polisin verdiyi məlumatına əsasən, hadisə Ebenhauzen
şəhərində saat 16:40 radələrində baş verib. Hadisə barədə məlumat
verildikdən sonra hadisə yerinə 200-ə yaxın polis əməkdaşı gəlib,
helikopter cəlb olunub.

Hadisədən sonra dəmir yolu xətti bağlanıb, xilasetmə işlərinin
gecə saatlarına qədər davam edəcəyi gözlənilir.