Almaniyada qatarlar toqquşdu: 34 nəfər yaralandı

Almaniyada qatarlar toqquşdu: 34 nəfər yaralandı

Almaniyada əyləncə parkında qatarlar toqquşub.

AzerTimes xəbər verir ki, hadisə Leqolend əyləncə parkında baş verib. Qatarlardan birinin maşinisti qəfil əyləci basıb və bu, onun arxasınca gələn qatarla toqquşmasına səbəb olub. Hadisə zamanı 34 nəfər xəsarət alıb.

Əraziyə 3 xilasedici helikopter, yanğınsöndürmə, xilasetmə xidmətləri və həkimlər cəlb edilib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Teqlər: