Almaniyada odlu silahdan atəş açan şəxs saxlanılıb

Almaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin qərbində yerləşən Espelkamp şəhərində (Şimali Ren-Vestfaliya) odlu silahdan atəş açmağda şüphəli bilinən cinayətkarı saxlayıblar.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, 52 yaşlı şübhəli Espelkampdan 13 km məsafədə yerləşən Dipenau (Aşağı Saksoniya federal əyaləti) kommunasında tutulub. Hadisənin terrorla əlaqəsi barədə məlumat verilməyib.


Daha əvvəl Espelkamp şəhərində naməlum şəxsin fərdi evdə atəş açdığı bildirilib. İnsident nəticəsində 48 yaşlı kişi və bir qadın öldürülüb.