Almaniyada baş örtüyü (nikab) qadağası qanuniləşdirilir.
Sifəti tamam bağlayan libasların geyinməyi qadağan edən qanun dünən (27 aprel) Bundestaq tərəfindən təsdiqlənib.
Hələ yuxarı palata tərəfindən təsdiqlənməli olan bu qanun yalnız dövlət işçilərini, hakim və hərbçiləri əhatə edəcək. Qadağa yalnız iş vaxtı üçün nəzərdə tutulur.
Xatırladaq ki, hələ keçən ilin sonu kansler Angela Merkel bu qanunu dəstəklədiyini bildirmişdi.
Qanun təsdiqlənərsə, Almaniya baş örtüyünə qadağa qoyan AŞ-nın sayca beşinci ölkəsi olacaq. Hazırda bu tipli qanunlar Fransa, Belçika, Niderland və Bolqarıstanda qüvvədədir.
Qeyd edək ki, ötən ilin məlumatına görə, Almaniyada 5 milyona yaxın müsəlman yaşayır ki, onların də böyük əksəriyyəti türklərdir.