Xəbər - Orxan Nəbiyev – Trend:
Almaniyanın Münhen şəhərində Beynəlxalq Təhlükəsizlik Konfransı
işə başlayıb.
Trend-in
məlumatına görə, bu il 58-ci dəfə təşkil olunan konfrans birillik
aradan sonra üz-üzə formatda keçirilir.
Fevralın 20-dək davam edəcək konfransda 600-dək siyasətçi,
işgüzr və elmi dairələrin nümayəndələri iştirak edəcək. Bundan
başqa, 35 dövlət və hökumət başçısının iştirakı gözlənilir.
Qeyd edək ki, ötən il Münhen Təhlükəsizlik Konfransı onlayn
formatda keçirilmiş və üç saat davam etmişdi.