Almaniyada koronavirusla əlaqədar lokdaunun müddəti uzadılıb.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel bildirib.
Onun sözlərinə görə, lokdaun rejiminin müddəti 7 mart tarixinədək uzadılıb.
Məlumata əsasən, lokdaun 2020-ci ilin noyabr ayının ortalarından qüvvədədir. Lokdaun ərzaq mağazaları istisna olmaqla bütün mağaların, idman klubları və gözəllik salonlarının, üzgüçülük hovuzlarının, muzeylər və teatrların, restoranlar və barların bağlanmasını nəzərdə tutur.