Xəbər - Orxan Nəbiyev – Trend:
Almaniyada “Bernd” siklonunun səbəb olduğu leysan yağışları nəticəsində 11 nəfər həlak olub.
AzerTimes-ın məlumatına görə, ən çox ziyan ölkənin cənub-qərb regionlarına dəyib.
Təbii fəlakət nəticəsində 70 nəfərin itkin düşdüyü deyilir.
Reynland-Pfalts federal torpağında 4 nəfər həyatını itirib, Adenau şəhəri yaxınlığında 6 ev dağılıb.
Şimali Reyn-Vesfaliya bölgəsində isə 7 nəfər, o cümlədən xilasetmə işləri zamanı 2 yanğınsöndürən həlak olub.