Almaniyada koronavirusa yoluxma üzrə ən yüksək göstərici qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Almaniyada son sutka ərzində 80 430 nəfər koronavirusa yoluxub.

AzerTimes-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Bundan əvvəl Almaniyada ən yüksək gündəlik yoluxma ötən il noyabrın 25-də qeydə alınmışdı. Həmin vaxt 75 961 nəfər koronavirusa yoluxmuşdu.


Eyni zamanda son sutka ərzində 384 nəfər həyatını itirib. Bugünədək Almaniyada koronavirusa yoluxanların sayı 7,6 milyon nəfəri keçib, ölənlərin sayı isə 114 735 nəfərə çatıb.