Almaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötüb

Almaniyada koronavirusa yoluxanların ümumi sayı 5 021 469 nəfər təşkil edib. Robert Kox İnstitutunun məlumatına görə, son sutka ərzində virusa yoluxanların sayı 33,5 min nəfərə çatıb.

Trend xəbər verir ki, Almaniyada koronavirus statistikası son həftələrdə sürətlə artmaqdadır. Yeddi gündə xəstələnmə nisbəti son 24 saatda əhalinin hər 100 mininə 289-a çatıb, bir həftə əvvəl 191, bir ay əvvəl isə 67 idi.

Hakimiyyət peyvənddən imtina edənlər barəsində qadağalar qoyur.