Almaniyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Almaniyada ötən sutka ərzində koronavirusa 66 884 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu, bütün pandemiya dövrü ərzində bir sutkada qeydə alınan ən çox yoluxma sayıdır. Bundan öncəki antirekord noyabrın 18-i (65 371 yoluxma halı) qeydə alınmışdı.

Hazırkı dövrədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 497 795 nəfər təşkil edir.

Bildirilir ki, son sutka koronavirusdan 335 nəfər, ümumilikdə isə 99 768 nəfər vəfat edib.