Almaniyanın Duisburq şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) kimya zavodunda yanğın baş verib, təxminən 110 yanğınsöndürən alovla mübarizə aparır.
AzerTimes xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğın sink sulfat istehsalı şöbəsində qeydə alınıb.
Yanğın zamanı xəsarət alanların olmadığı deyilir.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.